2020-ci il üçün Beynəlxalq Buker Mükafatının qalibi müəyyən olundu

2020-ci il üçün Beynəlxalq Buker Mükafatına 29 yaşlı Niderlandlı Mariya Lukas Reyneveld layiq görüldü

 

Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, əslən Niderlanddan olan 29 yaşlı Mariya Lukas Reyneveld Buker tarixində ilk gənc müəllif kimi adını laureatlar sırasına yazdırıb. Mükafata layiq görülən Reyneveld debüt romanı olan “The Discomfort of Evening” («Narahat axşam») əsərinə görə ona “O” deyil, “Onlar” kimi müraciət etməyi məsləhət bilmişdir.

Əsərdə ortodoksal xristian ailəsində dünyaya gəlmiş və fermada yaşayan qızcığazdan söhbət açılır. Roman boyunca naməlum səbəbdən itkin düşən ailənin böyük oğlunun ailəyə gətirdiyi bədbətçilikdən söz açılır. Qızcığaz zamanla ailənin necə kədərə qərq olunmasını müşahidə edərək nəql edir.

Əsəri ingilis dilinə Mişel Xatçinson çevirib. Müsabiqənin şərtlərinə görə mükafat fondunun ayırdığı 50 min funt sterlinq müəllif və tərcüməçi arasnda bərabər bölünməlidir.

Xatırladaq ki, Buker mükafatı (Man Booker Prize for Fiction) 1968-ci ildə Buker-Makkonnel tərəfindən təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən mükafatın hər il təqdim olunması qərara alınıb.

“Buker” bu və ya digər dildə yazılan, ingilis dilinə tərcümə edilərək Böyük Britaniyada nəşr etdirilən konkret romana və ya hekayələr toplusuna görə verilir. Mükafatın məbləği 50 min funt-sterlinqdir.

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı

http://edebiyyatqazeti.az/news/gundem/5486-2020-ci-ilin-beynelxalq-buker-mukafatinin-qisa-siyahisi-belli-oldu

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!