Edebiyyatqazeti.az xəbər verir ki, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-ci ilin qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən növbəti kreativ layihəsini həyata keçirilməyə başlayıb. "Mir Cəlal Paşayev": Gənclər üçün İnternet e-kitabxana və kreativ-innovativ mərkəz" layihə, İnternet və sosial şəbəkələrdən yararlanaraq, dünyada yaşayan 55 milyonluq azərbaycanlı soydaşlarımız, xüsusən də gənclərə ünvanlanıb. Üç aylıq layihə çərçivəsində "Mir Cəlal Paşayev" İnternet resursu, kitabxana.net - Milli Virtual-Elektron Kitabxana polratlında eyni adda elektron kitabxana bölümü və sosial platformalarda kreativ-innovativ kontentlər yaratmaqla, son illər xaricdə ölkəmizə qarşı böhtanxarakterli materiallar yayanlara qarşı intellektual-mədəni cavab vermək nəzərdə tutulur.
Layihə alim Mir Cəlal Paşayevin yaradıcılığını, kitablarını, ədəbi-bədii, elmi-filoloji irsini İnternet, elektron kitabxana və sosial şəbəkələr vasitəsilə gənclərə çatdırmaqla, onların milli-mənəvi dəyərlərimizə sayğı və sevgi hisslərlə böyüməsinə təkan vermiş olacaqdır. Xalq yazıçısı və alimin mobil elektron kitabxana bölümü zənginləşdirməklə, sosial şəbəkədə "Mir Cəlal Paşayev" Kreativ-İnnovativ Mərkəz yaratmaqla ədibin indiyə qədər nəşr olunmuş kitablarının elektron variantlarını bir resursda cəmləməyi, eləcə də onun aforzmlərindən ibarət kitabın kağız və elektron variantda nəşrə hazırlanaraq çapı-yayımı, ictimai-virtual təqdimatı nəzərdə tutulur.
Layihə virtual imkanlardan yararlanaraq milli ədəbiyyatın, bütöv Azərbaycanı birləşdirən kulturoloji-ədəbi model kimi izləməyi, tanıtmağı, e-kitblarla humanitar düşüncəmizin bu istiqamətinin araşdırılmasını, tədqiqini, populyarlaşdırılmasını dəstəkləyir.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin Analitik-İnformasiya bölümü
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!