“Probel” - gündəlik

17 sentyabr

 Yazıçı Ken Kizi (Ken Elton Kesey) 1935-ci ildə doğulub. Bit və hippi nəslinin əhəmiyyətli imzalarındn hesab olunan amerikalı yazar əsasən “Ququ quşu yuvası üzərindən uçuş” romanı ilə tanınır. Ötən əsrin 60-cı illərinin ən məşhur əsərlərindən biri əsasında Miloş Formanın çəkdiyi film romana milyonlara oxucu qazandırdı və dünyanın müxtəlif dillərinə tərcümə olundu. Roman müəllifini isə film qane etmədi. Əhlikef Ken ömrünün son illərində bir neçə ağır xəstəlikdən əziyyət çəkirdi. 2001-ci ilin 10 noyabrında dünyasını dəyişdi.

sitat:

“Gülür, çünki anlayır: tarazlığı saxlamaq üçün acı verən hər şeyə  gülmək lazımdır ki, dünya səni dəli eləməsin.”

“Hər şeyin gülməli tərəfini görməsən, heç vaxt həqiqi mənada güclü olmayacaqsan.”

“Kim ki addım səslərinə uyğunlaşa bilmir, başqa təbil səsi eşidir.”

“Kar olmaq istəmirsənsə, özünü karlığa qoy.”

“Sınaqdan keçirməmişəmsə, heç kim sübut edə bilməz ki, mən bacarmaram.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!