Stiven Kinqin yeni romanı işıq üzü görəcək

 

Edebiyyatqazeti.az “Entertainment Weekly”ə istinadən xəbər verir ki, amerikalı yazıçı Stiven Kinqin yeni kitabı gələn ilin mart ayında işıq üzü görəcək. Bu dəfə dəhşət romanlarının müəllifi qələmini kriminal mövzuda sınayıb. Romanın adı “Later” – “Sonra”dır.

Romanın mövzusu fitri istedada, qabiliyyətə malik Ceymi Konklin adlı bir gəncin dəhşətli qətlin üzərini açmaq məqsədilə Nyu-York polislərinə yardımı haqqındadır.

“Sonra” romanı “Titan Books” nəşriyyatının “Hard Case Crime” – kriminal romanlar seriyasından çapa gedəcək.

Kitab sadə, yumşaq üz qabığında çap olunacaq. Üz qabığının rəssam-illüstratoru Pol Manndır. Məhdud sayda olan qalın üzlüklü kitabların üz qabığının rəssamı isə Qreqori Mançessa olacaq.

Qeyd edək ki, romanın elektron versiyası olmayacaq.

Xəbəri ingilis dilindən tərcümə etdi: Günel EYVAZLI

https://ew.com/books/stephen-king-later-crime/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!