Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) “Türk dünyasının öncülləri-18” proqramı çərçivəsində qaşqay türklərinin görkəmli şairi Mirzə Məzun Qaşqayinin həyat və yaradıcılığına həsr olunan konfrans təşkil edib.
TÜRKSOY-un Ankaradakı ofisində onlayn qaydada keçirilən konfransda təşkilatın baş katibi Düsen Kaseinov Mirzə Məzun Kaşqayinin zəngin yaradıcılığından, böyük şairin 190 illik yubileyinə həsr olunan konfransın əhəmiyyətindən danışıb.
Konfransa sədrlik edən TÜRKSOY baş katibinin müavini Bilal Çakıcı diqqətə çatdırıb ki, Qaşqayinin bədii yaradıcılığı bütün dövrlərdə poeziya həvəskarları tərəfindən diqqətlə izlənilib.
Tədqiqatçılar Dilək Erenoğlu Ataizi və Fərzanə Devletabadi, qaşqay türkcəsində nəşr olunan “Yolumuz” bədii jurnalının baş redaktoru Emad Hazrati və başqaları çıxışlarında görkəmli şairin yaradıcılığını bütün türk dünyası üçün zəngin ədəbi xəzinə kimi dəyərləndiriblər.
Konfrans bədii hissə ilə davam edib. /Azərtac/
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!