Edebiyyatqazeti.az xəbər verir ki, Kişinyovda nəşr edilən avanqard ədəbiyyat (nəsr) jurnalı olan “Kvardat” dərgisində tanınmış azərbaycanlı nasir, publisist Novruz Nəcəfoğlunun “Səyahət” (“Dağlara səyahət”) hekayəsi işıq üzü görüb. Əsəri rumın dilinə jurnalın baş redaktoru, tanınmış moldovan-rumın ədibi Nikolay Spetaru çevirib.
Əməkdaşımıza eksklüziv açıqlamasında o bildirib ki, Novruz Nəcəfoğlunun nəsri xeyli dərəcədə maraqlıdır. Bizim çağdaş, tələskən nəqlətmə dünyamımızda onun sadə dilə malik olan təhkiyəsinin ləngəri olduğu, böyük həyat təcrübəsinə söykəndiyi o saat sezilir: “Biz adətən dərgimizdə ən çox xoşumuza gələn əsərlərin müəlliflərini üz qabığında təqdim edirik. Bu sayımızın “qəhrəmanı” azərbaycanlı nasir Novruz Nəcəfoğu oldu və bu bizi həm də xalqlarımızın, ədəbiyyatlarımızın arasındakı ədəbi mübadilə faktı kimi də sevindirir...”
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!