Edebiyyatqazeti.az “The Guardian”a istinadən xəbər verir ki, məşhur yapon əsilli ingilis romanisti özünün Nobel qələbəsindən sonra növbəti romanının anonsunu verib.
Müəllifin söylədiyinə görə İsveç Akademiyasının ona təqdim etdiyi Nobel mükafatından sonra “Klara və Günəş” onun qələmə aldığı ilk romandır. Romanda təsvir olunan Klara sünii yaradılışdır və o, özünə insan sahibi axtarır. Britaniyanın “Faber” nəşriyyatı romanın gələn ilin martında işıq üzü görəcəyini söyləyib. Redaksiya rəhbəri romanın uğurlu olacağını vurğulayıb.
Qeyd edək ki, İsiquronun 2015-ci ildə işıq üzü görən “Dəfn edilmiş nəhəng” romanı da yarımifik roman idi. 2005-ci ildə “Məni heç vaxt buraxma” romanı isə elmi-fantastik mövzunu əhatə edirdi. Və bu roman Buker mükafatının qısa siyahısında yer almışdır.
Xəbəri tərcümə etdi – Günel Eyvazlı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!