AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoyun “Əbülqazi “Oğuznamə”sinin ritual-mifoloji semantikası” kitabı Türkiyədə işıq üzü görüb.
Folklor İnstitutundan bildirilib ki, Mer-Ak nəşriyyatında elektron kitab formasında təqdim olunan nəşr Oğuznamələr barədə aparılmış çoxsaylı tədqiqatlar içərisində orijinallığı ilə seçilir.
Problemə mifoloji təfəkkür prizmasından yanaşan və analitik şərh verən müəllifin bu fundamental araşdırması türkologiya elminə böyük töhfədir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!