Edebiyyatqazeti.az xəbər verir ki, müğənni və bəstəçi Sevinc Ağasiyeva yazıçı Əyyub Qiyasın son günlər qələmə aldığı “Diriliş marşı” şeirinə vətənpərvər və döyüşkən ruhlu bir musiqi bəstələyərək 23 iyulda – Ağdamın işğalı günündə təqdim edib. Qısa müddət ərzində mahnının 5 minə yaxın izləyicisi olub.
Qeyd edək ki, mətn və musiqi iyulun 12-də Tovuzda baş vermiş döyüşlərdə şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinə sevgini tərənnüm edir. Klipin rejissoru Ruslan Zeynaldır. Klipdə gənc aktyor Türkay Cəfərli rol alıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!