Bakıda kitab yarmarkası başladı - “Kitab bayramı- 2017”

Sentyabrın 12-də Nizami rayonu ərazində yerləşən Heydər Əliyev Parkında “Kitab bayramı- 2017” sərgi yarmarkası təşkil edilib.

Sərgi- yarmarka Mədəniyyət və Turizm Nazirliyi, Nizami Rayon İcra Hakimiyyəti və Respublika Kitabxana Kollektorunun təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək yarmarkanın əhəmiyyətindən danışıb: “Bir neçə gündən sonra respublikamızda bilik bayramı keçiriləcək. Hər il ənənəvi olaraq respublikamızın hər bir guşəsində bu bayram geniş şəkildə qeyd edilir. Bu gün bura toplaşmağımızın əsas səbəbi biliyə, savada və mütaliəyə önəm verməkdir”,- deyə V.Əliyev qeyd edib.

Vurğulanıb ki, kitabın təbliği, reklamı, yayımı və satışı ilə məşğul olan Respublika Kitabxana Kollektoru cari ildən etibarən qapılarını kitabsevərlərin üzünə açır və ünvanını kitabın təbliği ilə tanıtmağı əsas hədəf seçib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!