Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsinin növbəti mərhələsi olaraq, istedadlı gənc şair-yazıçıların əsərlərinin Türkiyədə tanıdılması işi davam etdirilir.
Nazirlikdən bildirilib ki, layihə üzrə şair Günel Şamilqızının “Dev olsam ne fark eder?” adlı şeirlər toplusu Türkiyə türkcəsində işıq üzü görüb.
Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi toplu Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!