Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsinin növbəti mərhələsi olaraq, istedadlı gənc şair-yazıçıların əsərlərinin Türkiyədə tanıdılması işinə başlanılıb.
İlk olaraq layihə üzrə “Əlifba sırası”, “Dözmək üçün məşq”, “Qandalı görməsin”, “Bir də heç vaxt”, “Ömür – doğum günü hədiyyəmi”, “Hər kəsin öz eşqi”, “Əlvida ağacları”, “Kəpənək dərsi”, “Sevdiyin əsər” adlı kitabları ilə Azərbaycan oxucusuna yaxşı tanış olan Fərid Hüseynin fərqli mövzularda qələmə aldığı şeirlərdən ibarət “Yalan bayramı” adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!