Bakıda “Pulsuz 3000 kitab” aksiyası

Sentyabrın 16-da “Hədəf” kurslarının təşəbbüsü ilə “Pulsuz 3000 kitab” aksiyası keçiriləcək.

Kursun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq bildirib ki, artıq 9 ildir Bilik Günü münasibətilə belə bir aksiya təşkil edirlər: 
"Ali məktəblərə hazırlaşan abituriyentlərin kitab və test vəsaitlərini əldə etməsi bəzən müəyyən qədər maddi sıxıntıya səbəb olur. Bu maddi sıxıntını aradan qaldırmaq üçün “Hədəf” kursları 3 min dərslik, bədii kitab və test vəsaitlərini şagirdlərə bu il də ödənişsiz paylayacaq”, - deyə kursun rəhbəri bildirib.

Onun sözlərinə görə, layihəyə qoşulmaq istəyən kənar şəxslər də istifadəyə yararlı, lakin ehtiyacları olmayan dərslik, bədii kitab və test vəsaitlərini gətirib imkansız şəxslərin oxumasına dəstək ola bilər. Aksiya sentyabrın 16-da saat 15-dən 18-dək davam edəcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!