Yazıçı-dramaturq Aqşin Babayev dünyasını dəyişib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Əməkdar jurnalist, yazıçı-dramaturq, «Ədəbiyyat qəzeti»nin redaksiya heyətinin üzvü Aqşin Babayev dünyasını dəyişib. 

O, bu gün 83 yaşında vəfat edib. Bu barədə yazıçının oğlu Gündüz Babayev məlumat yayıb. 

Qeyd edək ki, Aqşin Babayev 1936-cı ildə anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin “Filologiya” fakültəsini bitirib. Əmək fəaliyyətinə tələbəykən respublika radiosunda başlayıb. 1959-cu ildən 1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, 15 il (1976-cı ildən) Azərbaycan radiosu və xarici verilişlər üzrə sədr müavini olub. 1972-1975-ci illərdə Türkiyədə işləyib.

1991-2006-cı illərdə Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat katibi vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!