AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” könüllüləri tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir, publisist və tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi çərçivəsində dramaturqun bir sıra əsərləri haqqında məqalələr yaradılıb.
MEK-dən bildirilib ki, məqalələrdə Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar”, “Mirzə Səfər”, “Ac həriflər”, “Marallarım”, “Xəyalat”, “Qırmızı qarı”, “Ağac kölgəsində”, “Kamran”, “Kimdir müqəssir”, “Padşahın məhəbbəti” əsərlərinin məzmunu və oradakı obrazlar haqqında məlumatlar verilib.
Xatırladaq ki, “Vikipediya”da Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri, tarixi şəxsiyyətləri və tanınmış simaları haqqında məqalə yaradılması prosesi uğurla davam etdirilir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!