Karantin qaydalarına uyğun olaraq tanınmış şair Qəşəm Nəcəfzadənin Hacıqabul rayonu V. Məmmədov adına Muğan qəsəbə tam orta məktəbin şagirdləri ilə onlayn görüşü keçirilib. Hər bir şagird evlərindən Zoom proqramı vasitəsi ilə görüşə qatılıb. Məktəbin müəllimi şair Sara Selcan bu cür görüşlərin əhəmiyyətindən danışıb, şair haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Şagirdlər şairin uşaq şeirlərini əzbər söyləyib, sujetli şeirlərə maraqlı səhnəciklər nümayiş etdiriblər. Sonra şairə maraqlı suallar ünvanlayıblar, hətta poeziya həvəsgarları öz şeirlərini də oxuyublar. 9-cu sinif şagirdi Nərmin İsmayılova onlayın görüş zamanı karandaşla şairin şəklini çəkib internetlə səbəbkara göndərib. Görüşün sonunda Qəşəm Nəcəfzadə məktəbin müəllim və şagirdlərinə minnətdarlıq edərək yeni şeirlərini oxuyub və verilən sualları cavablandırıb. Karantin günlərində mütaliə etmələrini, evdən çölə çıxmamaqla, gigenik qaydalara əməl etməklə sağlamlıqlarını qorumağı tövsiyyə edib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!