Vaqif Nəsibin yeni kitabı işıq üzü gördü

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Təhsil” nəşriyyatında tanınmış nasir, “Qızıl Kəlmə” ədəbi mükafatı laureatı Vaqif Nəsib Sarıhüseynoğlunun “Rəngli günlər” kitabı çapdan çıxıb.

Kitaba müəllifin son illər qələmə aldığı silsilə hekayələri və “Sənsizlik, mənsizlik, onsuzluq” romanı daxil edilib.

Nəşrin “Ön söz”ünün müəllifi Xalq Yazıçısı Elçin Əfəndiyev, redaktoru nasir, publisist Mustafa Çəmənlidir.

Kitab nazirliyin tabeliyində olan qurumlara və kütləvi kitabxanalara paylanılacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!