Nobel mükafatı laureatı Redyard Kiplinqin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan dilində nəşr olunan “Mauqli” əsəri oxuculara təqdim edilib. İngilis yazıçısı, şairi və novellaçısı Cozef Redyard Kiplinqin “Mauqli” povestində cəngəllikdə heyvanlar arasında böyüyən hindli uşağın başına gələn macəralardan bəhs edilir.
Nəşrin “Ön söz”ünün müəllifi Xalq Yazıçısı Elçin, redaktoru nasir, publisist Mustafa Çəmənlidir.
“Təhsil” nəşriyyatinda çap edilən kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!