AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bu qurumun direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə “Azərbaycan altmışıncıları” adlı məqalələr toplusu hazırlanır. Bu barədə AMEA-dan bildirilib.
Topluda ədəbiyyatda “altmışıncılar” adı ilə tanınmış yazıçı və şairlər haqqında portret-oçerklər öz əksini tapacaq.
İnstitutun XX əsr Azərbaycan ədəbiyyatı (sovet dövrü) şöbəsi tərəfindən hazırlanan bu kitabda yer alacaq portret-oçerklərin hazırlanmasına müəssisənin digər şöbələrində çalışan tanınmış alim və istedadlı gənc mütəxəssislər də cəlb edilib.
“Azərbaycan altmışıncıları” kitabı üzərində işin iyul ayınadək başa çatdırılması nəzərdə tutulur. /Azərtac/
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!