“Molla Nəsrəddin” kitabı bərpa edilərək təhvil verilib
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi “Molla Nəsrəddin” kitabını bərpa edib.
2018-ci ildə Azərbaycan İstiqlal Muzeyindən mərkəzə daxil olan “Molla Nəsrəddin” kitabı mərkəzin ali dərəcəli bərpaçı-rəssamı, Əməkdar mədəniyyət işçisi Xatirə Tağıyeva tərəfindən bərpa edilərək muzeyə təhvil verilib.
Qeyd edək ki, Azərbaycan satirik mətbuatının zirvəsi olan “Molla Nəsrəddin” jurnalının birinci nömrəsi 1906-cı ilin elə bu günü – 7 apreldə Tiflisdə işıq üzü görüb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Jurnalın redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində jurnalın 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) işıq üzü görüb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!