Edebiyyatqazeti.az xəbər verir ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası görmə, eşitmə və nitq qabiliyyəti zəif olan uşaqları kitabxananın internet ünvanında olan “Bərpanəşr” layihəsi çərçivəsində jest dilinə tərcümə edilmiş 10 adda kitabda yer alan hekayələrlə tanış olmağa dəvət edir.
Bunun üçün kitabxananın internet ünvanında olan yeni ədəbiyyat bölməsinin bərpa nəşr hissəsindəki jest dili adlı yeni rubrikaya daxil olmaq lazımdır. Bu link (http://clb.az/jest-dili_k97.html) vasitəsilə jest dilinə tərcümə edilmiş hekayələrlə tanış olmaq mümkündür.
Qeyd edək ki, əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasını, o cümlədən informasiya əldə etmək və özlərini inkişaf etdirmək imkanlarını, bununla da həmin uşaqlara mədəni xidmət göstərməklə sosial reabilitasiyalarını təmin etməkdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!