31 mart azərbaycanlıların soyqırımına dair özbək dilində "Vikipediya"-nın bölməsi istifadəyə verilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Vikipediya" könüllüləri tərəfindən 31 mart erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırım hadisələrinə dair "Vikipediya" Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib.

Bölmədə Azərbaycanlılara qarşı müxtəlif bölgələrdə Bakı, Şamaxı, Quba, Lənkəran, Göyçə, Zəngəzur, İrəvan qəzalarında törədilmiş cinayətlər faktlarla öz əksini tapıb. Məlumatda qeyd olunan dövr ərzində bölgədə siyasi vəziyyət, hadisələrin cərəyanı, mətbuatda və informasiya vasitələrində soyqırıma dair məqalələr verilib.

Layihəyə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının "Vikipediya" Metodik Mərkəzi təlim dəstəyini verir.

Qeyd edək ki,bir neçə müddətdir ki,hər iki mərkəzin könüllüləri arasında təlim çərçivəsində əməkdaşlığı davam edir.

Sözügedən bölmə ilə aşağıdaki linkdə tanış olmaq mümkündür: 

https://uz.wikipedia.org/wiki/Mart_genotsidi?fbclid=IwAR3xjpk6zMw7wY0eoCRc_4J28_cwRXF5uMnMXDtbE001EyVVfeyw3UUASBw


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!