Afaq Şıxlının “Bəzən olur…” adlı yeni şeirlər kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində şair-tərcüməçi, Rusiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, AYB Moskva bölməsinin məsul katibi Afaq Şıxlının “Bəzən olur…” adlı yeni mənsur və sərbəst şeirlər kitabı işıq üzü görüb.

Kitaba müəllifin son illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri daxil edilib. Kitab oxucularla müəllifin sayca on dördüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Qeyd edək ki, layihə rəhbəri və kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair-publisist Xəyal Rzadır.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!