Bu günlədə Qalib Şəfahətin “Sandıq” romanı Alatoranyayınlarında işıq üzü görüb.
Oxuculara təqdim olunan "Sandıq" romanında biz Qalib Şəfahət yaradıcılığının fərqli bir üzünü görürük. Yazıçı bu əsərində Qarabağ məsələsinə fərqli bir rakursdan yanaşmaqda, oxucunu gözlənilməz dramatik həyat hadisələrinin burulğanına salmaqdadır. İlk səhifədən sona qədər "bu hadisələr gerçəkdən baş vermişmi" sualı oxucunu tərk etməməkdədir. Lakin yazıçının inandırıcı üslubu qarşısında yazılanları həqiqət kimi qəbul etməkdən başqa bir seçənəyi qalmamaqdadır oxucunun
Fərqli bir süjet xətti üzərində qurulub, dili obrazlıdır, üslubu orijinaldır. Hadisələr erməni mühitində baş verir, ermənilərin öz dilləri ilə milli xislətləri təsvir olunur.
Qarabağ mövzusunda çox əsər yazılıb, amma erməni xislətini içdən təhlil edən kitab ilk dəfədir ki, qələmə alınır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!