Əlyazmalar İnstitutunda qadın şairlərin əlyazmalarından ibarət sərgi açılıb

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycanın məşhur qadın şairlərinin əlyazmalarından ibarət sərgi açılıb.

İnstitutdan bildirilib ki, sərgidə Əlyazmalar İnstitutunda, eləcə də ölkəmizin digər müəssisələrinin arxivlərində mühafizə olunan on qadın şairin əlyazmaları və arxiv fotoları nümayiş olunur.

İnstitutun beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları tərəfindən təşkil olunan sərgini elmi müəssisənin direktoru, akademik Teymur Kərimli giriş nitqi ilə açıb.

Tədbirdə beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova çıxış edərək sərgidə əməyi keçən əməkdaşlara – Nəzrin Rzayeva, Sevinc Dadaşova və Əsmər Həsənovaya təşəkkürünü bildirib.

Qeyd edək ki, sərgi martın ortalarınadək davam edəcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!