Edebiyyatqazeti.az xəbər verir ki, yazıçı Aləm Kəngərlinin Moskvada rus dilində “Qatarda 18 hekayə” (“18 rasskazov v poezde”) adlı hekayələr kitabı 5 min tirajla çapdan çıxıb.
Kitaba daxil edilən hekayələr gündəlik həyatımızda rast gəldiyimiz, lakin çox vaxt əhəmiyyət vermədən yanından ötüb keçdiyimiz mövzuları əhatə edir.
Hekayələr ümumi həyatımızın sadə həqiqətlərini, sosial problemləri - insanların mənəvi, ruhi yaşantılarını əks etdirir.
Kitab “Библиотека Российского колокола” seriyasından işıq üzü görüb. Seriyanın layihə rəhbəri Anastasiya Lyaminadır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!