Beynəlxalq Türk Akademiyası Azərbaycan ədiblərinin yubileyini UNESCO-da keçirəcək

 

Edebiyyatqazeti.az xəbər verir ki, böyük dramaturq və ədib Əbdürrəhim bəy Haqverdiyevin və dahi bəstəkar Üzeyir Hacıbəyovun yubileyləri Beynəlxalq Türk Akademiyasının yubiley proqramları siyahısına salınıb. Yubiley tədbirləri  həm Parisdə UNESCO-nun baş qərargahında, həm də türkdilli dövlətlərdə beynəlxalq səviyyədə qeyd olunacaq.

Bu barədə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Qazaxıstanın paytaxtı Nur-Sultanda tanınmış türk yazıçısı Ömər Seyfəddinin anım tədbirində bildirib.

Qeyd edək ki, tanınmış Azərbaycan dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin 150, böyük bəstəkar Üzeyir Hacıbəyovun isə 135 illik yubileyləri may ayında UNESCO-da təşkil olunacaq beynəlxalq forumda və il ərzində türkdilli dövlətlərin paytaxt şəhərlərində qeyd olunacaq. Eyni zamanda, onların əsərlərinin digər türk dillərinə tərcüməsi də həyata keçiriləcək.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!