Edebiyyatqazeti.az xəbər verir ki, bu günlərdə Xanəmir Telmanoğlunun “Orientalist Gül” kitabı işıq üzü görüb. Yenə də öz ədəbi prinsiplərinə sadiq qalan Xanəmir bu kitabında da biri-birindən fərqli və eksperimentlərə dayanan mətnlərlə oxucuların görüşünə gəlib.
Kitabda hər birimizin mütləq maraq dairəsində olan “Sarı Gəlin” mahnısı və onun mətni üzərindən silsilə şəklində qəribə bir düşüncə tonuyla süslənmiş yazı son dərəcə yeni bir baxışa söykənir. Ədəbiyyatımızdakı və ümumən düşüncə tarixində GÜL obrazının, simvolunun, anlayışının tarixi sürəcdəki baxış acısı onun fikirlərində yeni bir anlam qazanmış olur. Bir sözlə, çağdaş dünyanın qarşıdurma sıxıntısı SİMVOLLARTA DAYANARAQ bu kitabda olduqca yeni boyutda fərqli yazılarla öz əksini tapır. Digər yöndən kitabı süsləyən bəzi eksperiment təmayüllü şeir mətnləri də ədəbiyyatımız üçün fərqli bir nümunə təklifində bulunur.
İnanırıq ki, Xanəmir Telmanoğlunun növbəti kitabı olan “Orientalist Gül” öz oxucusunu tapacaqdır.
Aysu Xaqan
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!