Kamil Adışirinovun “Şəki ədəbi mühitində Sabir satira ənənələri" adlı geniş həcmli monoqrafiyası işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, AMEA Şəki Regional Elmi Mərkəzinin Folklorşünaslıq və el sənətləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinovun “Şəki ədəbi mühitində Sabir satira ənənələri:( XX əsr və XX əsrin əvvəlləri) adlı  geniş həcmli ( 448 səh) monoqrafiyası işıq üzü görmüşdür.

Tədqiqatçının XX əsrdə və XXI əsrin əvvəllərində Şəki ədəbi mühitində satirik poeziyada M.Ə. Sabir satira ənənələrini özündə əks etdirən uzun illərin tədqiqatının nəticəsi olan bu əsər “Elm və təhsil” nəşriyyatında nəşr edilmişdir.                    

Monoqrafiyada XX əsrdə Şəkidə fəaliyyət göstərən “Səbuhi” ədəbi məclisi- nin sıralarında yazıb - yaratmış Yaqub Mahirin, Ənvər Mirzəoğlunun (Musta- fayevin), Nurpaşa Hümmətovun,  Surağat Qurbaninin (Balakən), Şakir Xəyalın (Qəbələ), Ələşrəf Şayanın (Məmmədovun), Tofiq Qaffarovun, Sabir Əfəndiyevin və başqalarının satirik məzmunlu şeirləri təhlil edilmişdir. Monoqrafiyanın elmi redaktoru filologiya üzrə elmlər doktoru Baba Babayevdir. Əsərə professor Yədulla Ağazadə, dosent Şərqiyyə Hümbətova və filologiya üzrə fəlsəfə doktoru Xalidə Abdullayeva rəy vermişlər.

Kitabdan XX əsrdə Şəki ədəbi mühitində satirik poeziyada Sabir satira ənənələrinin inkişaf tarixini öyrənmək istəyən kütləvi oxucular, ali məktəblərdə təhsil alan filoloq tələbələr və “Azərbaycan dili və ədəbiyyat” fənnini tədris edən müəllimlər  faydalana bilərlər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!