Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin nəzdində Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzi açılıb.
Mərkəz dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 579 illiyinə həsr olunan “Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində açılıb. Mərasimdə çıxış edən AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Ədəbiyyatşünaslıq Mərkəzinin ölkələrimiz arasında ədəbi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini diqqətə çatdırıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!