Kiyevdə Nəsiminin qəzəllərindən ibarət toplunun təqdimatı keçirilib

 

Kiyevdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəllərindən ibarət Ukrayna dilində “İ şlyaxom İstini postav ya sam...” (“Haqq yolu mən özüm oldum”) adlı toplu təqdim olunub. Toplu Dövlət Tərcümə Mərkəzi və Ukraynanın “CAMIT-KNİQA” nəşriyyatının birgə əməyi nəticəsində ərsəyə gəlib.

Sözügedən toplu Ukrayna Milli Xəbər Agentliyinin – Ukrinformun binasında keçirilən “Tarixi dəyişən tanınmış (tanınmamış) ukraynalılar” kitabının təqdimatı çərçivəsində nümayiş etdirilib.

Kitabda sivilizasiyanın inkişafına öz təsirini göstərən, elmə, mühəndisliyə, ədəbiyyata və incəsənətə böyük töhfələr vermiş tanınmış ukraynalıların həyatından bəhs olunur.

“CAMIT-KNİQA” nəşriyyatının direktoru İvan Stepurin eksklüziv müsahibəsində bildirib ki, İmadəddin Nəsiminin qəzəllərindən ibarət toplu Ukrayna ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına böyük töhfə verəcək. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!