Ceyn Ostinin romanı əsasında səhnələşdirilən “Qürur və qərəz” tamaşası növbəti dəfə oynanılacaq

 

Edebiyyatqazeti.az xəbər verir ki, fevralın 14-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında ingilis yazıçısı Ceyn Ostinin romanı əsasında səhnələşdirilən “Qürur və qərəz” tamaşası növbəti dəfə oynanılacaq.

Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı İrqar Safat, quruluşçu rəssamı isə Nikita Sazonovdur.

Qeyd edək ki, bu günə qədər “İngilis ədəbiyyatının birinci xanımı" kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ağlı, qüruru, bitkin xarakteri ilə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.

Əsər əsasında dünya kinematoqrafları onlarla film çəkiblər. Bu əsər həm də dünya teatrlarının əksərinin repertuarına daxildir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!