Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycanın Xalq şairi Vaqif Sənədoğlunun 80 illiyilə bağlı Ankarada Beynəlxalq Türk Məzdəniyyəti Təşkilatında (TÜRKSOY) anım tədbiri keçirilib.
Təbirdə Azərbaycan Yazıçılar Birliyin sədri Anar Rzayev, TÜRKSOY-un rəhbəri Lüsen Kasseinov, Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu, Səməd Vurğunun Ev Muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilova, Türkiyənin tanınmış ədəbiyyat adamları, ziyalıları, Hacı Bayram Vəli Universitetinin müəllimləri iştirak ediblər.
Tədbirdə Vaqif Səmədoğlunun şair, yazıçı, musiqiçi, cazmen kimi xüsusiyyətlərindən, 60-cılar nəslinin ən fəal nümayəndəsi kimi xidmətlərindən bəhs olunub.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!