Prezidenti İlham Əliyev bu gün Xalq artisti Polad Bülbüloğlu ilə görüşüb.
Prezident İlham Əliyev Azərbaycanın Rusiyadakı səfiri, Xalq Artisti Polad Bülbüloğlu haqda sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğlu “Heydər Əliyev” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2020-ci il.
Edebiyyatqazeti.az xəbər verir ki, ötən gün dövlət başçısı Xalq artisti Polad Bülbüloğlu ilə görüşüb və sənətçiyə “Heydər Əliyev” ordenini təqdim edib.
Qeyd edək ki, P.Bülbüloğlu bu il 75 yaşını qeyd edir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!