Rəsul Rzanın “Rənglər”i latış dilində nəşr olunub

 

Ötən il Latviyanın “Petergailis” nəşriyyatında Azərbaycanın görkəmli şairi Rəsul Rzanın “Rənglər” şeir silsiləsinin yer aldığı kitab işıq üzü görüb.

Şeirləri latış dilinə Uldis Berzinş çevirib. Kitaba illüstrasiyaların müəllifi rəssam Yuris Petraşkeviç, “Ön söz”ün müəllifi isə şair İnqmara Bolodedir.

Qeyd edək ki, “Üç ulduz” ordeninin, ədəbiyyat sahəsində bir sıra mükafatların sahibi U.Berzinş, Latviyanın ən tanınmış şairlərindən biri, “tərcümənin kralı” adına layiq görülmüş məşhur mütərcimdir. O, qədim island, rus, polyak, türk, fars, ərəb, qədim yəhudi, türkmən dilindən tərcümələr edir. Latviyalı oxucular Berzinşin tərcüməsində “Kitabi-Dədə Qorqud” dastanını, habelə Mikayıl Müşfiq, Səməd Vurğun, Məmməd Araz, Fikrət Qoca, Ələkbər Salahzadə, Vaqif Səmədoğlu, Ramiz Rövşən və başqa Azərbaycan şairlərinin şeirlərini oxumaq imkanı əldə ediblər. U.Berzinş 15 il ərzində Qurani-Kərimin latış dilinə tərcüməsi üzərində çalışıb. /Azərtac/

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!