Professor Cavanşir Yusiflinin Səlim Babullaoğlunun yaradıcılığı barədə irihəcmli araşdırması nəşr edilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, filologiya elmləri doktoru, professor Cavanşir Yusiflinin Səlim Babullaoğlunun poetik mətnləri barədə filoloji qeydlər və söhbətlərdən ibarət  irihəcmli  "Sözdən əşyaya” adlı tədqiqat əsəri nəşr olunub. "Mütərcim” nəşriyyatında nəfis şəkildə dərc edilən kitabda çağdaş Azərbaycan poeziyasının öncüllərindən olan şair Səlim Babullaoğlunun poetik yaradıcılığı araşdırılır, onun yaratdığı bədii mətnlər dünya şeirindən maraqlı və əhəmiyyətli bədii nümunələrlə qarşılaşdırılaraq təhlil edilir.

Esse, tənqidi məqalə, araşdırmanın kəsişməsində maraqlı filoloji baxışla və müvafiq dillə yazılan bu kitab prof. Cavanşir Yusiflinin f.ü.f.dok. Samirə Məmmədova və şair, esseist Qismət Rüstəmovla şairin yaradıcılığı ilə bağlı müxtəlif vaxtlarda elədikləri təhlili söhbətlərlə tamamlanır.

Qeyd edək ki, kitab Azərbaycan Kitabının Təbliği Assosiasiyasının  dəstəyi ilə çapa hazırlanıb.

Yaxın vaxtlarda kitabın təqdimatı gözlənilir. 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!