Fransada Hüqonun əlyazması və unudulmuş şeiri aşkarlanıb

 

Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, Fransanın məşhur qəzeti “Le Figaro”nun verdiyi məlumata görə Fransanın Bezanson şəhərində Viktor Hüqo adına kollecin arxivindən təsadüfən yazıçının öz əliylə qələmə aldığı şeiri, əlyazması aşkarlanıb.

Qeyri-adi tapıntı ötən ilin dekabrında, yeni il öncəsi qədim arxivdə təmizlik işləri görən zaman aşkarlanıb. Bu haqda Kollecin direktoru Jan-Jak Fito deyib: “Arxivi təmizləməkdə əsas məqsədimiz saxlama müddəti davam etsə də əhəmiyyətini itirmiş sənədləri sıradan çıxarmaq idi. Və biz təsadüfən böyük yazıçının öz dəsti-xətti ilə yazdığı və imza atdığı şeirini tapdıq”.

Əlyazmadan əlavə həmçinin yazıçının xeyriyyə məqsədi ilə Bezansonda yaşayan kasıb əhaliyə kömək etmək üçün bu şeiri latoreyaya təqdim etməsi və buna dair sənədlər də üzə çıxıb.

1868-ci ildə Viktor Hüqo bu əlyazmanı Bezansonun kasıb uşaqlarının xeyirinə lotereyaya təqdim etmişdi. Seçmə əsərlər kitabını və əlyazmanı alan bukinist sonra onu 6 min frank müqabilində Kollecə satmışdı. Və bu əlyazma arxivdə 69 ildir ki, unudulmuşdur.

150 yaşlı sənəd yaxşı vəziyyətdədir. Şeiri kağızdan rahatlıqla oxumaq mümkündür.

Xəbəri rus dilindən tərcümə etdi: Günel EYVAZLI


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!