Xalq yazıçısı İlyas Əfəndiyevin 1960-cı ildə yazdığı məşhur “Körpüsalanlar” romanı Azərbaycan ədəbiyyatında hadisəyə çevrilmiş, haqqında onlarla məqalə yazılmış, qızğın ədəbi müzakirələrə səbəb olmuşdur. Həmin dövrdən etibarən novatorluğuna, səmimiliyinə, yüksək bədii-estetik səviyyəsinə görə oxucuların sevə-sevə oxuduqları bu romana maraq azalmamışdır. Əsər dəfələrlə yüksək tirajlarla nəşr olunub, ekranlaşdırılıb, səhnələşdirilib, bir çox xarici dillərə tərcümə edilib.
Edebiyyatqazeti.az xəbər verir ki, Bu günlərdə İstanbulun “Zengin Yayıncılık” nəşriyyatı Mədəniyyət Nazirliyinin layihəsinə uyğun olaraq “Körpüsalanlar” romanını alman dilində nəşr edib. Nəfis şəkildə çap edilmiş kitabda ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
Əsəri alman dilinə Yeliz Geçici çevirib. Rəssam Kaya Oralın tərtibatı ilə nəşr olunmuş kitabın redaktoru Yunger Kieldir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!