"NƏSİMİ-650" layihəsi çərçivəsində növbəti tədbir keçirildi

 

Edebiyyatqazeti.az xəbər verir ki, ötən həftə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "NƏSİMİ-650" adlı layihə çərçivəsində növbəti tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında baş tutdu.

ADPU-nun Şamaxı filialının və DGTYB-nin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə adıçəkilən universitetin rəhbərliyi, müəllimləri və tələbələri iştirak edib. Tədbiri giriş sözü ilə açan ADPU-nun Şamaxı filialının direktoru, Filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova qonaqları salamlayaraq, "Nəsimi ili" çərçivəsində görülən işlərdən, təşkil olunan tədbirlərdən bəhs etdi. Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi layihə çərçivəsində növbəti tədbirin universitetdə keçirilməsinin əlamətdar hadisə olduğunu diqqətə çatdırdı. Təşkilat rəhbərliyinə və qonaqlara təşəkkür etdi. Bundan sonra tədbirin aparacılığını edən DGTYB-nin üzvü, gənc şair-publisist Yusif Nazim çıxış edərək, ölkə başçısının 2019-cu ilin "Nəsimi ili" elan olunması üçün imzaladığı sərəncamdan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İmadəddin Nəsiminin əsərləri dövlət varidatı elan olunan müəliflər siyahısına daxil olunması haqqında 7 may 2019-cu il tarixli 211 N-li Qərarından, ölkədə Nəsimiylə bağlı önəmli silsilə tədbirlərin keçirilməsindən, Kiyevdə Nəsimi heykəlinin açılışından, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnistitunda Nəsiminin büstünün qoyulmasından, Beynəlxalq Astronomiya İttifaqının Yupiter və Mars planetləri arasındakı astroedlərdən birininin "Nəsimi" adlandırılmasından, eləcə də İmadəddin Nəsiminin Azərbaycan və Şərq ədəbiyyatında önəmli yerindən, yaradıcılıq nüanslarından danışdı. Daha sonra söz DGTYB başqanı, şair-publisist İntiqam Yaşara verildi. O, çıxışında ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda “Nəsimi ili” elan olunduqdan sonra çoxsaylı tədbirlərin təşkil olunmasından, cəmiyyətin bir daha böyük şairin irsinə qayıtmasından söz acid: “ İstər ölkənin paytaxtında və bölgələrində, istərsə də ölkədən kənarda silsilə tədbirlər təşkil olundu, kitablar nəşr olundu və bu proses davam etməkdədir. Dünya Gənc Türk Yazarlar Birliyi də Azərbaycan Gənclər Fondunun dəstəyi ilə bu prosesə öz töhfəsini verməkdədir. Bu layihə çərçivəsində müsabiqələr və konfranslar təşkil edilib, gənc şairlərin şeirlərindən ibarət antologiya çap olunub”.

Tədbirin sonunda DGTYB-nin rəhbəri İntiqam Yaşar universitetin rəhbərliyinə, müəllim kollektivinə, tələbələrə bir daha öz təşəkkürünü bildirdi. Tədbirin əsas hissəsi bitdikdən sonra DGTYB üzvüləri ayrıca olaraq tələbələrlə fikir mübadiləsi apardılar.Təşkilatın "Yeni nəfəs" adlı yenicə çapdan çıxmış şeir antologiyası tələbələrə paylanıldı. Tələbələr arasından yaradıcılıq qabiliyyəti olanlara təşkilata müraciət etmələri bildirildi. İntiqam Yaşar bildirdi ki, yazı qabiliyyəti olan, şeir yazan istedadlı gəncləri mətbuata çıxarmaq, ədəbi mühitə təqdim etmək, antologiyalarda dərc etdirmək təşkilat olaraq bizim prioritet məsələlərimizdəndir. Tələbələr bu görüşdən razı qaldıqlarını, məmnun olduqlarını ifadə ediblər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!