Yazıçı Sayman Aruzun "Nəsimi" fəlsəfi-psixoloji mənzum dram əsəri işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin nəşrləri sırasında Birliyin Güney Azərbaycan şöbəsinin rəhbəri, yazıçı Sayman Aruzun İmadəddin Nəsiminin düşüncə həyatına həsr etdiyi “Nəsimi” adlı fəlsəfi-psixoloji mənzum dram əsəri Elm və Təhsil nəşriyyatında 152 səhifədə işıq üzü görübdür.

Müəllif əsərdə müxtəlif ədəbi-tarixi obrazlar, o cümlədən Şəms Təbrizi, Nəimi, Həllac, Şibli, Babək, Şeyx Heydər və Şah İsmayıl Xətayi kimi görkəmli Azərbaycan şəxsiyyətlərindən istifadə edərək Nəsimi təfəkkürünü açmağa çalışmış və onun Azərbaycan cəmiyyətinin indi və gələcək həyatındaki rolundan bəhs etmişdir. Ona görə də fəlsəfi –psixoloji mənzum dramın girişi ilk olaraq Nəimi və Nəsimi sözləri ilə başlasa da, sonda Azərbaycan dövlətçiliyinin əsasını qoymuş Şah İsmayıl Xətaiynin kəlamları ilə sona çatır.

Əsər əruz vəznində, Nəsimi dəsti-xəttinə uyğun formada qələmə alınıbdır.

Qeyd edək ki, mənzum dramın bəzi bölümləri ilk dəfə "Ədəbiyyat qəzeti"ndə çap edilib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!