Edebiyyatqazeti.az xəbər verir ki, həkim-yazıçı Qalib Şəfahətin iki kitabı işıq üzü görüb.
“Eşqə batır yanaqlarını” şeirlər, “O mən deyiləm” novella, hekayə, esse və kiçik hekayələrdən ibarət.toplu “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.
Bundan əvvəl müəllifin “Mənə ürək verin” (şeirlər. Azərbaycan-Bakı), “Əllərimdəki göy üzü” (şeirlər.Azərbaycan-Bakı), “Kırık merdiven” (hekayələr. Türkiyə), “Ölümlə üz-üzə” hekayələr. İran) kitabları oxucuların ixtiyarına verilib.
Müəllif yaxın günlərdə nəsrsevərləri daha bir kitabla – Qarabağ mövzusunda qələmə aldığı “Sandıq” romanı ilə təəccübləndirəcəyini qeyd edir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!