Edebiyyatqazeti.az xəbər verir ki, İmişlidə və Cəlilabadda şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə "Ziyalılarımızdan öyrənək" layihəsi çərçivəsində Əməkdar Mədəniyyət işçisi, şair – publisist Qəşəm Nəcəfzadənin İmişli və Cəlilabad rayonlarında oxucularla görüşü keçirilib.
İmişli rayonu Gənclər evində keçirilən görüşü Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov açaraq şairin həyat və yaradıcılığı haqqında görüş iştirkçılarına ətraflı məlumat verib. İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev, müavin Vahid Tağıyev və digərləri şair haqqında ürək sözlərini söyləyiblər. Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində keçirilən görüşdə isə Cəililabad Rayon İcra Hakimiyəti Hümanitar Şöbəsinin müdiri Elnara Həsənova şairin həyat və yaradıcılığı haqqında danışıb, rayonun ağsaqqalları, ziyalıları, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filalının və Tibb Kollecinin tələbələri şairə xeyli suallar ünvanlayıblar.
Hər iki görüşdə Qəşəm Nəcəfzadə oxucuların suallarını cavablandırıb, yeni şeirlərini oxuyaraq kitablarını oxuculara hədiyyə edib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!