Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun növbəti Elmi şurası keçirilib. Elmi şuranı institutun direktoru akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlər barəsində məlumat verib. Sonra akademik İsa Həbibbəyli institutun əməkdaşları Leyli Əliyevanı 70, Aidə Feyzullayevanı 80 illik yubileyləri münasibəti ilə təbrik edib.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2019-cu il üzrə illik elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesbat verib. O bildirib ki. 2019-cu il Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu üçün istər elmi nailiyyətlərin əldə edilməsi, istərsə də elmi-təşkilati islahatların həyata keçirilməsi baxımından əlamətdar bir dövr olmuşdur. Mehman Həsənli Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarının icrası ilə bağlı tapşırıqların yerinə yetirilməsi haqqında məlumat verib.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında 15 noyabr 2018-ci il və Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixlərində imzaladığı Sərəncamlarına uyğun olaraq 29 apreldə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi sessiya keçirilib. 22 iyun 2019-cu il tarixində isə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxıda elmi sessiya keçirilib. Sərəncamlara uyğun olaraq 12 sentyabr 2019-cu ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Hürufizmin dünyada ən tanınmış tədqiqatçılarından biri olan professor Fatih Usluerin “İmadəddin Nəsimi Fəzullah Nəiminin əlyazmalarında” mövzusunda elmi seminarı təşkil edilib. 22 oktyabr 2019-cu ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Suraxanı Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Suraxanı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
İnstitutda cari il ərzində İmadəddin Nəsimi ilə bağlı çap olunan kitabları təqdim edib. Həmin kitablar Akademik İsa Həbibbəylinin “Cahana sığmayan Azərbaycan şairi”, “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi” (kollektiv monoqrafiya), Fəridə Əzizovanın “İmadədddin Nəsimi orta əsr mənbələrində və ədəbiyyatşünaslıqda”, “Имадеддин Насими в средневековых источниках и литературоведение”, “Imadeddin Nasimi in Medival Sources and Literary Criticism” və “İmadəddin Nəsimi: tədqiqlər, məqalələr, məruzələr”, Qəzənfər Paşayevin “Nəsimi: edamdan sonrakı həyat”, “İmadəddin Nəsimi. İraq Divanı” (ön sözün müəllifi və tərtib edəni Qəzənfər Paşayev) və “İmadeddin Nesimi. Irak Divanı” (ön sözün müəllifi və çapa hazırlayan Qəzənfər Paşayev), Mahirə Quliyevanın “Nəsimi və söz”, Firudin Qurbansoyun “İmadəddin Nəsimi. Həyatı və yaradıcılığı” kitablarıdır. Bunlaradan başqa Bolqarıstanın paytaxtı Sofiyada İmadəddin Nəsiminin bolqarca Seçilmiş əsərləri akademik İsa Həbibbəylinin Ön sözü ilə çap olunmuş və 14 oktyabrda təqdimatı keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən İmadəddin Nəsiminin Seçilmiş əsərləri akademik İsa Həbibbəylinin Ön sözü ilə yenidən çap edilmişdir (Minatürlərin müəllifi Fəxrəddin Əli). İnstitutun İmadəddin Nəsimiyə həsr olunmuş II Beynəlxalq “Ey Nəsimi cahanı tutdu sözün...” konfransı 8-11 dekabr 2019-cu ildə keçiriləcəkdir.
Ədəbiyyatımızın görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17 dekabr 2018-ci il tarixli Sərəncamına uyğun olaraq 4 aprel 2019-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə Milli kitabxanada elmi konfrans keçirilib. Elmi konfransın ardınca filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Cəfər Cabbarlı və Milli istiqlal hərəkatı” kitabının təqdimatı keçirilib. 25 aprel Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr edilən “Cəfər Cabbarlının sənət idealları və müasir dövr” mövzusunda elmi sessiya keçirilib.
Görkəmli demokrat yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 yanvar 2019-cu il tarixli Sərəncamına uyğun olaraq 21 fevral 2019-cu ildə ədəbi-bədii tədbir keçirilib. 22 may 2019-cu il tarixində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müəssisədə təcrübə keçən Azərbaycan Dillər Universitetinin tələbələrinin iştirakı ilə görkəmli yazıçı, dramaturq, publisist, nasir Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunan “Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə: bədii düşüncə ilə ümummilli idealın vəhdəti” mövzusunda elmi konfrans keçirilib. 27 may 2019-cu il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçirilib. Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Cəlil Məmmədquluzadə: həyatı, mühiti və yaradıcılığı” mövzusunda geniş məruzə ilə çıxış edib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə “Cəlil Məmmədquluzadə 150 il: məqalələr, esselər, müsahibələr, şeirlər” kitabı hazırlanaraq çap edilmişdir. Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, tərtibçisi Elxan Nəcəfovdur. 5 noyabr 2019-cu il tarixində kitabın təqdimat mərasimi keçirilib. Yubiley ili çərçivəsində akademik İsa Həbibbəylinin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Cəlil Məmmədquluzadənin Seçilmiş əsərləri Bolqarıstan, Özbəkistan, Tacikistan və İranda çap olunmuşdur.
Akademik Həmid Araslının 110 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 11 fevral 2019-cu il tarixli Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq 25 fevral 2019-cu ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas, Əməkdar elm xadimi, akademik Həmid Araslının anadan olmasının 110 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
Akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 15 aprel 2019-cu il tarixli Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq 3 iyun 2019-cu ildə İnstitutda “Akademik Məmməd Cəfər Cəfərov: Ədəbiyyat nəzəriyyəçiliyi və ədəbi proses” mövzusunda elmi sessiya keçirilib.
Akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi münasibəti ilə İnstitutunda aşağıdakı kitablar çap olunmuşdur:
- Akademik İsa Həbibbəyli. Akademik Məmməd Cəfər Cəfərov monoqrafiyası (çapa hazırlanır)
- Akademik Məmməd Cəfər Cəfərov: şəxsiyyəti və yaradıcılığı (Kollektiv monoqrafiya, Ədəbi tənqid şöbəsi)
- Məmməd Cəfər Cəfərov: Ədəbiyyat nəzəriyyəçisi (Kollektiv monoqrafiya, Ədəbiyyat nəzəriyyəsi şöbəsi)
- Məmməd Cəfər Cəfərov. “Füzuli düşünür”. (Füzulişünaslıq sektorunun “Füzuli kitabxanası” seriyasından III kitab)
- Məmməd Cəfər Cəfərov. Bədii əsərləri. (ön sözün müəllifi və çapa hazırlayanı akademik İsa Həbibbəyli)
Dekabr ayında AMEA Humanitar Elmlər bölməsində akademik Məmməd Cəfər Cəfərova hər olunmuş yekun elmi konfrans keçiriləcəkdir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli Sərəncamına uyğun olaraq mayın 20-də İnstitutda “Xalq yazıçısı İsmayıl Şıxlı” mövzusunda elmi konfrans keçirilib.
Azərbaycanın Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 may 2019-cu il tarixli Sərəncamına uyğun olaraq İnstitutda Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. 8 oktyabr 2019-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinə həsr olunmuş təntənəli yubiley tədbirində akdemik İsa Həbibbəyli məruzə ilə çıxış etmişdir.
“Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2015-ci il tarixli 1538 nömrəli Sərəncamına əsasən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq İnstitutun Azərbaycan Mühacirət ədəbiyyatı şöbəsində fil.f.d. Abid Tahirlinin şöbədə aparıcı elmi işçi vəzifəsində çalışarkən hazırladığı “Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu” monoqrafiyası (elmi redaktoru: fil.e.d., dos. Nikpur Cabbarlı) çapdan çıxmışdır.
Elmi katib həmçinin elmi tədqiqat işləri, institut tərəfindən keçirilmiş digər konfranslar, sessiyalar, seminarlar və yubileylər haqqında məlumat verib.
Qeyd edib ki, 1 iyun tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Xəzər Rayon İcra Hakimiyyəti və Zirə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Zirədə Mirzə Bala Məhəmmədzadə Günü – 120” adlı tədbir keçirilib. Zirə Eko-Parkında görülən işlərlə tanışlığın ardınca Zirə Mədəniyyət Mərkəzinin konfrans zalında M.B.Məhəmmədzadəyə həsr edilmiş elmi konfrans keçirilib. Eyni zamanda, M.B.Məhəmmədzadənin “İstiqlal mücadiləsi” (Zirə Mədəniyyət Mərkəzi, 2018, 448 səh. Tərtibçi və ön sözün müəllifi A.Rüstəmli) kitabının və professor A.Rüstəmlinin “Zirədən başlanan yol. M.B.Məhəmmədzadənin həyatı, yaradıcılığı və mühiti” (Zirə Mədəniyyət Mərkəzi, 2019, 304 səh.) adlı monoqrafiyasının təqdimat mərasimi də gerçəkləşib.
12 iyulda AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) “Qoşa qanad: VI Fizika və lirika konfransı” və 13 sentyabrda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Ədəbi proses-2018” mövzusunda elmi yaradıcılıq müşavirəsi keçirilib.
Mehman Həsənli institutun nəşriyyat fəaliyyəti, elmi məqalələr, o cümlədən xaricdə çap olunmuş məqalələr haqqında məlumat verərək əlavə edib ki, 2019-cu ilin ilk yarimili ərzində İnstitutun “Azərbaycan ədəbiyyatşünaslığı”, “Poetika.izm” və “Müqayisəli ədəbiyyatşünaslıq” jurnallarının yeni tələblərə uyğun şəkildə I sayları çap olunub. Hər üç jurnalın ikinci sayları çapa hazırlanıb və ilin sonuna qədər nəşri nəzərdə tutulmuşdur. Türkiyədə nəşr olunan “Türk ədəbiyyatı” jurnalının oktyabr buraxılışı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyliyə həsr edilmişdir. Tehranda çap olunan “Xudafərin” jurnalının İnstitutun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinə həsr etdiyi Xüsusi buraxılışı çap olunmuşdur.
Monoqrafiyalar, dərslik və dərs vəsaitləri, tərtib edilmiş kitablar, bədii və tərcümə əsərləri barəsində məlumat verən elmi katib əlavə edib ki, institutun direktoru akademik İsa Həbibbəylinin 2019-cu ildə üç kitabı, 25 elmi məqaləsi ölkədə, 12-si xaricdə, dövrü mətbuatda 34 məqalə, elmi redkatorluğu və müqəddiməsi ilə 16 kitab çap olunmuşdur. Haqqında bir kitab, bir jurnal, çoxlu sayda məqalə dərc olunmuşdur. Ötən il ərzində İnstitut əməkdaşlarının müxtəlif elmi jurnal və məcmuələrdə, eləcə də dövri mətbutda 1342 məqalə və tezisi (o cümlədən, 12-si impakt faktrolu olmaqla 164 məqalə xarici ölkələrdə) çap olunmuşdur. Ötən il ərzində İnstitut əməkdaşlarının nəşr edilmiş kitab və məqalələri mütəmadi olaraq İnstitutun saytında yerləşdirilmişdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi-tədqiqat xarakterli fəaliyyət sahələri üzrə müntəzəm olaraq www.literature.az saytına informasiya resursları işlənilərək yerləşdirilmiş, tərtibat, dizayn, proqramlarda yenilənmə və s. əməliyyatları aparılmışdır.
Qrant layihələri ilə bağlı görülən işlər, institutun kadr potensialı, elmi kadrların hazırlanması ilə bağlı məlumatlardan sonra Mehman Həsənli təltiflər və mükafatlar haqqında məlumat verib. Bildirib ki, akademik İsa Həbibbəyli 15 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 27 may 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, Beynəlxalq Türk Akademiyasının Qızıl medalı, Azərbaycan Milli Elmlər Akademiyasının “Fəxri Fərmanı”, “Türk edebiyatı vakfı” nişanı (Türkiyə), Beynəlxalq Rəsul Rza mükafatı ilə də təltif olunmuşdur.
Məhərrəm Qasımlı isə 27 may 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley” medalı ilə təltif edilib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin 6 mart 2019-cu il əmrinə əsasən İnstitutun qadın əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təltif edilmişdir. Bir sıra əməkdaşlar isə AMEA Rəyasət Heyəti Humanitar Elmlər bölməsinin Fəxri Fərmanı ilə, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri Fərmanı ilə, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təşəkkürnaməsi ilə təltif edilmişlər.
Bunlardan başqa Gülnar Səma “Beynəlxalq Mahmud Kaşğarı” mükafatı, Bəsirə Əzizəliyeva Azərbaycan Respublikası beynəlxalq “Avropa Nəşr Mətbuat Evi”nin Diplomu “Ən yaxşı tədqiqatçı alim” Qızıl medalı, Pərvanə Məmmədova Azərbaycan respublikası beynəlxalq “Avropa Nəşr Mətbuat Evi”nin Diplomu “Ən yaxşı tədqiqatçı alim” Qızıl medalına layiq görülmüş, Vüqar Əhməd Hindistanın Kəlküttə şəhərində keçirilən dünyamiqyaslı (Bizim poeziya toplusu) adlı antologiyada 47 şairin içindən dünya üzrə “Ayın şairi” seçilmişdir. Cavanşir Yusifli 2019-cu ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Əhməd Ağaoğlunun 150 illik yubileyi münasibəti ilə diplom və pul mükafatı, 2019-cu ildə “Ədəbiyyat qəzeti”nin təsis etdiyi “Əli bəy Hüseynzadə” diplomu və pul mükafatı ilə, Vaqif Yusifli isə Azərbaycan Yaradıcılıq Fondu tərəfindən “Ədəbiyyat adamı” mükafatı ilə mükafatlandırılmışdır.
Sonra filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova İnstitutun Beynəlxalq əlaqələr üzrə fəaliyyətinin 2019-cu il üzrə illik hesabatını tədqim edib. Elmi şura institut şöbələrinin ayrı-ayrılıqda illik elmi hesabatlarının dinlənilməsi ilə davam edib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!