Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Poetika.izm” elmi jurnalının 2019-cu ildə birinci sayı nəşr olunub. Xatırladaq ki, jurnal AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 04 dekabr 2013-cü il tarixli 7 saylı qərarı ilə Ədliyyə Nazirliyindən verilmiş 26 noyabr 2013-cü il tarixli, 3821 saylı şəhadətnamə əsasında təsis edilmişdir.
“Poetika.izm” elmi jurnalının baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Jurnalın baş redaktor müavini professor Tahirə Məmməd, məsul katibi filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, məsul redaktoru isə Ülkər Hüseynovadır.
“Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu sayı “Ədəbi təhlil. Mətn poetikası”, “Janr, struktura, forma”, “İzm”, “İntertekustallıq və multidisplinar əlaqələr” bölmələrindən ibarətdir.
“Poetika.izm”in redaksiya heyətinə Azərbaycan, İtaliya, Latviya, Yaponiya, Bosniya Türkiyə və Polşanın alimləri daxildir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!