AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı ilə “Nizami Gəncəvi və “Kəlilə və Dimnə” motivləri” kitabı çapdan çıxıb.
İnstitutdan bildirilib ki, kitabın elmi məsləhətçisi AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, elmi redaktoru AMEA-nın müxbir üzvü Nüşabə Araslı, tərtibçisi və “Ön söz”ün müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlovadır. Nəşrə dosentlər - Zəhra Allahverdiyeva və Məsiağa Məhəmmədi rəy veriblər.
Kitabda dahi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında xatırlanan “Kəlilə və Dimnə” hekayələri məsnəvidəki beytlərə uyğun ardıcıllıqla toplanıb, onlardan hasil olan nəticələr təhlil edilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!