Oktyabrın 3-də Bakı Kitab Mərkəzində “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalı çərçivəsində tanınmış türkiyəli şair Tuğrul Tanyolla görüş keçirilib.
Tədbiri giriş sözü ilə mərkəzin direktoru Günel Rzayeva açaraq bu mədəniyyət ocağında ənənəvi olaraq tanınmış şair və yazıçılar, elm adamları, mədəniyyət və incəsənət xadimləri ilə görüşlərin keçirildiyini diqqətə çatdıraraq qonağı oxuculara təqdim edib.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi iki ölkə arasında mədəni əlaqələrə nəzər salaraq şair Tuğrul Tanyolun yaradıcılığından və türk ədəbiyyatına töhfəsindən danışıb. Bildirib ki, Türkiyənin tanınmış şairlərindən olan Tuğrul Tanyol 10 şeir kitabının müəllifidir. “Əlindən tutun günün”, “Avqust dəhlizlər”, “Otaq musiqisi”, “Əvvəli və sonrası” və sair şeirlər kitabının müəllifinin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilib. O, 2017-ci ildə “Premio Europa in Veri” mükafatına layiq görülüb. Şeir haqqında esseleri “Yaxşı şeir koalisiyası”, “Şeirin şəcərəsi” adlı kitablarında toplanıb.
Sonra Tuğrul Tanyol yaradıcılığı haqqında məlumat verib, öz şeirlərini söyləyib və oxucuların suallarını cavablandırıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!