“Söz” Ədəbi Layihəsi çərçivəsində növbəti görüş

 

Edebiyyatqazeti.az xəbər verir ki, sentyabrın 27-də Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində gənc yazarlarla görüş keçirilib.

Görüş Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Söz” Ədəbi Layihəsi çərçivəsində təşkil olunub.

Görüşdə gənc yazarlar Nigar Həsənzadə, Günel Eyvazlı, Fərid Hüseyn, Şəhriyar del Gerani, Günel Şamilqızı, Aqşin Evren və Mehman Rəsul yeni kitablarını təqdim edib, şeirlərini söyləyiblər.

Tədbir ədəbiyyata, poeziyaya marağın və diqqətin artırılması ilə yanaşı, ölkəmizin mədəniyyətinin təbliği, klassik və müasir ədəbiyyatımızın dünyada tanıdılması, yeni istedadlı yazarların aşkar olunması, müxtəlif ölkələrin mədəniyyətlərinin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkada 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar iştirak edir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!