Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümünə start verdi

 

Edebiyyatqazeti.az xəbər verir ki, Sumqayıt Dram Teatrı 51-ci teatr mövsümünü Prezident  İlham Əliyevin  böyük yazıçı-dramaturq C.Cabbarlının yubileyi ilə əlaqədar verdiyi sərəncama əsasən "Solğun çiçəklər"  tamaşa ilə start verib.

Mədəniyyət Nazirinin sifarişi ilə ölməz dramaturqa müraciət edən Sumqayıt Dram Teatrı müxtəlif teatrların repertuarında yer almış məşhur pyesi tamaşaçıların ixtiyarına verib. Belə ki, televiziya və kino sahəsində filmlərin rejissoru olmuş Elşən Zeynallı “Solğun çiçəklər”i müasir yozumda təhlil edərək tamaşaçıları fərqli səhnə versiyası ilə tanış edib.

Rollarda əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar Şəhla Məmmədova, İlahə Səfərova, İlqar İbrahimov və Dağlar Rüstəmov çıxış ediblər.

Tamaşanın quruluşçu rəssamları Elşən Sərxanoğlu, Şahin Hüseynli, musiqi tərtibatı isə İradə Muradovaya aiddir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!