Şair-publisist Kamalə Abiyevanın “İrəvanda diz qoysam” adlı növbəti kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, şair, publisist, pedaqoq Kamalə Abiyevanın “Elm və təhsil” nəşriyyatında “İrəvanda diz qoysam” adlı növbəti  kitabı nəşr olunub.

Kitabda şairin son illərdə yazdığı müxtəlif mövzulu şeirlərin bir qismi yer alıb.

Kitabın redaktoru yazıçı, dramaturq, filosof  Firuz Mustafa, dizayneri Kamran İbrahimov, texniki redaktoru Yadigar Mirbağırzadədir.

Kitabın ilk təqdimatı Yasamal rayonu 31 №-li məktəbdə 5 oktyabr “Müəllim günü”ndə keçiriləcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!