Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “İmadəddin Nəsimi: sələflər və xələflər – orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda keçirilmiş XVII ənənəvi respublika elmi konfransının materialları toplu halında nəşr olunub.
Topludakı məqalələr “Nəsimişünaslıq müasir mərhələdə” və “Sələflər və xələflər” bölmələri üzrə təsnif edilib.
Konfransın materialları AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin redaktəsi ilə nəşr olunub.
Toplunu nəşrə hazırlayan tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!